AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Sarayında “Yeni ilin Arzu Medalyonu” musiqili-nağılı anşlaqla keçdi

  • + A
  • - A
  • 5-01-2022, 16:11


    Yanvar ayının 2-3 və 4-də Heydər Əliyev Sarayında uşaqların sevimli qəhrəmanlarının iştirakı ilə ən maraqlı, interaktiv “Yeni ilin Arzu Medalyonu” musiqili-nağılın premyerası olub.

    Azadmedia.az xəbər verir ki, Musiqili-nağılın ssenari müəllifi Heydər Əliyev Sarayının direktoru, Respublikanın Əməkdar artisti Ramil Qasımovun bildirdi ki, Azərbaycan nağılları mövzularına görə hər zaman maraqla qarşılanıb, uşaqlıq xatirələrinə aparıb, insanların dünya görüşünün artmasına, gələcəkdə həyata münasibətinin, arzularının, inamının, zülmə qarşı mübarizəsinin yaranmasına səbəb olmuşdur. Bu musiqili-nağılın hazırlanmasında əsas məqsədimiz əsl dostluğu, dürüstlüyü, həyatda ədalətli, xeyirxah olmağı və hər zaman xeyirin şər üzərində qələbə qazanacağını balaca uşaqlarımıza aşılamaqdır.

    Heydər Əliyev Sarayının mətbuat xidmətinin verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artsit İnarə Babayevadır. Uşaqlara nağıl qəhrəmanları Nadir, Baba, Jemi, Zülümxan, Kosmik it və digərlərinin iştirakı ilə böyük Şam ağacının ətrafında musiqili, əyləncəli musiqili-nağıl təqdim olunub. Bundan əlavə, Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşüb və onları mahnı, rəqs, oyun və yeni il zarafatları ilə sevindirib. Şaxta Babanın gəlişi, məzəli söhbətləri, interaktiv oyunları ilə başlayan şənliyin davamında uşaqlar musiqili- tamaşada qəhrəmanlarla birgə planetlər arası möcüzəli səyahətə çıxıblar.

    Uşaqların Şaxta Baba ilə dialoqları, maraqlı səhnəciklər, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlərlə dolu anlar musiqili-nağıla xüsusi rəng qatıb. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən, xüsusi ışıq effektlərindən istifadə olunan tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş edib. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına zamanda səyahət ediblər. Balacalar və valideynlər anşlaqla keçən maraqlı şənlikdən böyük zövq aldılar.

    Qeyd edək ki, Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırmışdır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR