AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Sarayı “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşunu təqdim edəcək

  • + A
  • - A
  • 30-10-2021, 22:40


    Heydər Əliyev Sarayı Vətən müharibəsində şanlı qələbəmiz nəticəsində tariximizə qızıl hərflərlə yazılan “Zəfər günü”nə həsr olunmuş möhtəşəm layihə təqdim edəcək.

    Azadmedia.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə, görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun, şair, publisist Teymur Elçinin sözlərinə yazdığı “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluşu 06 noyabr 2021-ci il tarixində tamaşaçılara təqdim olunacaq.

    Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, layihənin rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeystri Xalq artisti Gülbacı İmanova və quruluşçu rəssamı Fərid Nəcəfovdur. Layihədə solistlər Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar) və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası iştirak edecəklər.

    Qeyd edək ki, “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xareoqrafik quruluş Azərbaycan xalqının işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini əks etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR