Qazaxıstanın paytaxtında vəziyyət tam nəzarət altındadır. Karaqanda, Kosşı, Kokşetau, Pavlodar şəhərləri, Korqajin və Həştərxanka kəndləri istiqamətində nəzarət-buraxılış məntəqələri yaradılıb.
Azadmedia.az rus mətbuatına istinadən xəbər verir ki, komendant saatının başlaması ilə Nur-Sultanda vəziyyət sakit olaraq qalır. Küçələrdə adam yoxdur, maşınlar praktiki olaraq yoxdur. Yollar işıqlandırılıb, bəzi inzibati binalarda işıqlar yanır.
Xatırladaq ki, BMT Alma-Atada etiraz aksiyaları nəticəsində mindən çox insanın yaralandığını, onlarla insanın öldüyünü bildirib. Ölkə boyu iğtişaşlar nəticəsində 18 təhlükəsizlik işçisi öldürülüb.
Tərcümə etdi:Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.