Əfqanıstan hakimiyyəti paytaxt Kabildə vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Azadmedia.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
“Paytaxtda vəziyyət nəzarət altındadır, şəhərə hücum olmayıb”, - açıqlamada deyilir.
Daha əvvəl “Reuters” agentliyi Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən “Taliban”ın Kabil şəhərinə hücum etdiyini yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.