AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda açıq ərazidə yanğın BAŞLADI

  • + A
  • - A
  • 7-01-2022, 15:21


    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

    FHN-dən AzadMedia.az a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    İlkin məlumata əsasən, açıq ərazidə 250 m² sahədə qamışlıq və məişət tullantıları yanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR