Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
Hadisə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də qeydə alınıb. Belə ki, QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.
Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.