AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ehtiyatsızlıqdan qonşusunu güllələdi

  • + A
  • - A
  • 15-12-2021, 12:17

    Ehtiyatsızlıqdan qonşusunu güllələdi

    Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
    Azadmedia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmiş və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.
    F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR