Qazaxıstanı Rusiya və Belarusun İttifaq Dövlətinə birləşdirmək haqda düşünmək olar.
Azadmedia.az xəbər verir ki, bunu Krım Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrineç deyib.
Belə ki, onun fikrincə, Qazaxıstan hazırkı vəziyyət fonunda Rusiya və Belarusla birlikdə İttifaq Dövlətinin bir hissəsi ola bilər.
“Məncə, postsovet məkanında tamamilə hamı artıq başa düşür ki, Rusiyanın dəstəyi olmadan heç bir dövlət təkbaşına yaşaya bilməyəcək, ona görə də biz birləşmək lazımdır”, - Çeqrineç bildirib.