Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevanın yeni aranjimanda “Azərbaycan - Dünyam mənim” mahnısı təqdim edilib.
Azadmedia.az xəbər verir ki, Mahnının sözləri görkəmli sənətkar, zəngin ədəbi irsinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xalq şairi Məmməd Araza, musiqisi Azərbaycanın sevilən bəstəkarı, mahnıları daim dillər əzbəri olan, Xalq artisti Ramiz Mirişliyə və aranjimanı isə Cavid Cavadoğluna məxsusdur.
İnarə Babayevanın sözlərinə görə, Azərbaycan, Vətən mövzusunda çox şeirlər, musiqilər yazılıb, ithaf olunub. Amma Azərbaycan – dünyam mənim” şeiri mənim həyatımda xüsusi əhəmiyyət kəsb edir və bənzərsizdir. Vətənimizin müqəddəsliyindən, xalqımızın keşməkeşli günlərindən, vətənpərvərliyindən, zəhmətkeşliyindən, şanlı tariximizdən bəhs edən təkrarsız əsərlərdən biridir.
Beləliklə böyük məmnuniyyətlə, fəxrlə və qururla bu mahnımı yeni arenjimanda çox dəyərli dinləyicilərimizinn ixtiyarına verirəm.