AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"ANS rəhbərliyi ilə bağlı məlumat yayacağıq" — Baş Prokurorluqdan açıqlama

  • + A
  • - A
  • 9-01-2017, 10:55

    ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

    Məsələni dəqiqləşdirmək üçün Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Eldar Sultanov Ölkə.Az-a məsələ ilə bağlı qısa açıqlama verdi:

    "ANS rəhbərliyinə terrorçuluğun təbliğinə görə cinayət işi açılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə çoxsaylı sorğu daxil olub. Ağır cinayətlərə dair istintaq idarəsi ilə danışıb, məsələni dəqiqləşdirdikdən sonra bununla bağlı açıqlama veriləcək".

    Qeyd edək ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün "facebook” səhifəsində yazıb.

    Vəkil bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması da bu işlə bağlı olub: "ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakıdan İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

    Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR