Yanvarın 17-də Ağcabədi rayonunun Bayraq muzeyində YAP Ağcabədi rayon təşkilatı ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirmişdir. Yığıncağı YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyası üzvlərinin üzvlük haqlarının məbləği və ödənilməsinin yeni Qaydası ilə əlaqədar məlumat verdi və cari ilin yanvar ayından başlayaraq ilk təşkilatların öz işlərini yeni Qaydaların tələbləri əsasında qurmağı tövsiyə etdi.
Yığıncaqda həmçinin, 2021-ci ildə ərazi ilk təşkilatları tərəfindən üzvlük haqlarının ödənilməsi, YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi sahəsində görülən işlər və cari məsələlər müzakirə edildi.
Rövşən Əhmədov iclasın sonunda 2022-ci ildə ərazi ilk təşkilatlarını öz fəaliyyətlərini Yeni Azərbaycan Partiyasının VII qurultayının qarşıya qoyduğu tələblər, həmçinin YAP Mərkəzi Aparatının tövsiyyələri əsasında həyata keçirməyi və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bütün ərazi ilk təşkilatlarında tədbirlər keçirilməsi barədə tapşırıq verdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.