YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə keçirdiyi tədbir Vətən müharibəsində şəhid olmuş YAP üzvü Azad Tapdıqovun ailə üzvləri ilə keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov və rayon təşkilatının bir qrup fəalı ilə Avşar kənd qəbiristanlığında uyuyan şəhid Azad Tapdıqovun qəbri ziyarət edilmiş, qəbrin üzərinə tər-çiçəklər düzülərək, xatirəsi ehtiramla yad edilmişdir.
Qəbirüstü abidə önündə çıxış edən YAP rayon təşkilatının rəhbəri Rövşən Əhmədov çıxış edərək 30 ilə yaxın torpaq həsrətinə Azad kimi qəhrəman oğlanların qəhrəmanlığı sayəsində 44 gün ərzində son qoyulduğunu vurğulamış, şəhidə Allahdan rəhmət, valideyinlərinə səbr diləmişdir.
Kənd camaatı adından YAP Avşar ərazi təşkilatının sədri Yasin Cəfərov çıxış edərək Azad Tapdıqovun qorxmaz, cəsarətli bir gənc, siyasi cəhətdən savadlı, xalqını sevən, Vətənpərvər bir YAP üzvü olduğunu, həmişə ictimai işlərdə fəallıq göstərdiyini, partiya tapşırıqlarını məsuliyyətlə yerinə yetirirdiyini qeyd etmiş, müharibə başlayan ilk gündən könüllü olaraq ordu sıralarına qatıldığını və oktyabr ayının 6-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldiyini bildirmişdir. Onun əziz xatirəsi daim qəlbimizdə əbədi yaşayacaqdır.
Daha sonra ziyarətçilər şəhid Azad Tapdıqovun evində olmuş, çay süfrəsi arxasında söhbət etmişlər. Şəhidin atası Azad Tapdıqov Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü ərəfəsində ölkənin aparıcı siyasi qüvvəsi olan partiyanın üzvü olmuş şəhid oğlunun ailəsini ziyarət etdiyi üçün öz minnətdarlığını bildirmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.