“Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt irəli sürmədən həyata keçirilməsinə hazırdır”.
AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
“Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər”, - Hunanyan deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.