ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsinin və diplomatların ailə üzvlərinin Ukraynanı tərk etməsinə icazə verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.
Belə ki, Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına çağırış edərək onlara kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək, ölkəni indi tərk etməyi tövsiyə edib.
Nəzərinizə çatdıraq edək ki, bir müddət öncə ABŞ-ın müharibə təhlükəsi ilə öz diplomatlarını Ukraynadan təxliyə edəcəyi haqda məlumat yayılsa da, Dövlət Departamenti bunu təkzib etmişdi.