AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatını ölkədən çıxarır.

  • + A
  • - A
  • 17-04-2021, 22:00


    Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir”, - Ukrayna XİN-nin yaydığı məlumatda qeyd olunur.

    Qeyd olunur ki, bu qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.

    Xatırladaq ki, Rusiya hökuməti bu gün Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotiloya müvafiq qərarla bağlı məlumat verib.

    Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR