AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Memarların təntənəli mükafatlandırma mərasimi keçirilib

  • + A
  • - A
  • 24-01-2022, 14:05

    Memarların təntənəli mükafatlandırma mərasimi keçirilib

    Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb.

    Azadmedia.az xəbər verir ki, 21 yanvar 2022-ci il tarixində Azərbaycan Memarlar İttifaqının binasında təntənəli təltifetmə mərasimi keçirilib.

    Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər rəsmi qonaqlar iştirak edib.

    Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

    O, bildirib ki, 17 dekabr 2021-ci il tarixində imzalanmış həmin Sərəncam memarlarımızın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb.

    Nazir təltif edilmiş memarlara vəsiqələri və təltifləri təqdim edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR