AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“16-cı İpək Yolu Azərbaycan” mükafatlandırma mərasimində Nazim Hüseynli “İlin rektoru” mükafatına layiq görülüb - ÖZƏL

  • + A
  • - A
  • 12-12-2021, 13:05



    Nazim Hüseynli “İlin rektoru” mükafatına layiq görülüb..

    Bakıda “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi keçirilib.

    Azadmedia.az xəbər verir ki, “Park İnn Baku” hoteldə Beynəlxalq Türksoyla “İpək Yolu” Dərgisi və “İpək Yolu” Strateji Tədqiqatlar Mərkəzi tərəfindən “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi baş tutub. Hər il Türkiyədə baş tutan mükafatlandırma mərasimi bu il ilk dəfə olaraq Bakıda keçirilib.

    Belə ki, tədbirdə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç, Türkiyənin tanınmış siyasi-ictimai xadimləri, Azərbaycan Milli Məclisinin deputatları, ölkənin QHT rəhbərləri, media qurumlarının nümayəndələri, dövlət və ictimai xadimlər və mədəniyyət nümayəndələri iştirak ediblər.

    Bu ilki mükafatlandırma mərasimində Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynliyə də “İlin rektoru” mükafatı təqdim edilib.

    Yeni Azə'rbaycan Partiyası Nərimanov rayon Gənclər Birliyi Nazim müəllimi təbrik edir, fəaliyyətində daim yeni uğurlar arzu edir!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR