Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Cəsəd Suqovuşanda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.
Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1707 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.