Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
AzadMedia.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 560-a çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.