AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Mərkəzi xəstəxanasının həkim kollektivi qazilərlə görüş keçirib

  • + A
  • - A
  • 25-01-2022, 22:07

    Masallı rayonu Mərkəzi xəstəxanasının həkim kollektivi qazilərlə görüş keçirib
    Masallı həkimləri qazilərlə görüşüb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Mərkəzi xəstəxanasının həkim kollektivi rayonun bir qrup qaziləri ilə görüş keçirib.

    Görüşdə Masallı rayon Mərkəzi Xəstəxanasın publik hüquqi şəxsin direktoru, Tibb üzrə fəlsəfə doktoru Xanbaba Hüseynov, Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Eşqin Əliyev, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humantir məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masalllı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, "cenubunsesi.az" xəbər portalının baş redaktoru, Gənc Qazilər İB-nin sədri Bəxtiyar Salayev və İB-in sədr müavini Hikmət Salmanzadə iştirak ediblər.

    İlk növbədə, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri açıq elan edən, Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü jurnalist Mərhəmət Lələyev çıxış edərək, bildirib.

    "Hörmətli tədbir iştirakçıları bildiyiniz kimi Vətən müharibəsi dövründə əsgər və zabitlərimiz ilə birlikdə Azərbaycan Respulikasının səhiyyə işçiləri də, həm ön cəhbədə, həm də arxa cəhbədə böyük fədakarlıq göstərdilər.Elə bu gün də, Azərbaycan Həkimi qazilərimizin sağlamlıqları üçün əllərindən gələni edirlər. Həkimlərimiz şəhid ailərinin, qazilərimizin, vətən müharibəsi iştirakçılarının hər zaman yanında olurlar. Bu günləri sizlərlə bura toplaşmağımızda məqsəd, artıq üç aya yaxındır ki, Masallı rayonunda Gənc Qazilər İctimai birliyi yaranıb.

    Birliyin əsas məqsədi, qazilərimizə və şəhid ailələrinə maddi və mənəvi dəstək göstərmək, onların hər zaman yanlarında olmaqdır, apardığımız müşahidələr zamanı, Masallı rayonunda fəaliyyət göstərən Masallı rayon Mərkəzi xəstəxanasının bir qrup işçiləri tərəfimizdən göstərdikləri xidmətlərə görə, təşkilat tərəfindən təltif olunacaqlar. Hörmətli həkimlər, sağlamlığımızın keşiyində durduğunuz üçün hər birinizə təşəkkür edirik."

    Daha sonra çıxış edən, Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Eşqin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Nigar Kərimova çıxışlarında bildiriblər ki, “biz həm rayon İcra hakimiyyəti olaraq, həm də, rayon mərkəzi xəstəxanasının bütün həkim kollektivi olaraq hər zaman Şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərimizin yanındayıq.”

    Daha sonra çıxış edən Gənc Qazilər İB-nin sədri, Bəxtiyar Salayev, İB-in sədr müavini Hikmət Salmanzadə və İB-in NTK sədri Tərlan Adgözəlov tədbirə görə, göstərdikləri diqqət və qayğıya görə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova, Mərkəzi xəstəxananın direktoru Xanbaba Hüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra Qarabağ Vətən Müharibəsində və Müharibədən sonrakı dönəmdə, nümayiş etdiyi birlik və bərabərlik, arxa cəbhədə yaralı əsgər və zabitlərə göstərdiyi müayinə - müalicə, diqqət və qayğıya görə, Gənc Qazilər İB-nin Respulika Üzrə Sədri Hacı Vəliyev tərəfindən fəxri fərmanla təltif edilib, həmçinin həkimlərə fəxri fərmanlar təqdim edilərək, sonda xatirə şəkli çəkdirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR