AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belçikada komiksli pasportlar istifadəyə verilir - FOTO

  • + A
  • - A
  • 28-01-2022, 12:00

    Belçikada komiksli pasportlar istifadəyə verilir - FOTO
    Belçikada fevralın 7-dən ölkə vətəndaşları üçün özündə komiks (hər hansı hekayənin şəkillər vasitəsilə təsvir edilməsi) qəhrəmanlarını və səhnələrini əks etdirən yeni xarici pasportlar istifadəyə veriləcək.

    Azadmedia.az xəbər verir ki, bu barədə məlumatı “RTBF” telekanalı yayıb.

    Yeni pasportların üzərində “The Smurfs” (“Şirinlər) və “Müxbir Tintin”in təsvirlərinə rast gəlinəcək.

    Belçikanın xarici işlər naziri Sofi Vilmesin sözlərinə görə, pasportların yeni dizaynı ölkəni, onun mədəniyyət və incəsənətini yaxşı təmsil edir.

    Qeyd edək ki, Belçika vətəndaşları üçün xarici pasport ölkənin vizasız səyahət əlaqələri olmadığı ölkələrə getmək üçün tələb olunur. Belçikalılar gündəlik həyatda plastik şəxsiyyət vəsiqəsindən istifadə edirlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR