AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aprelin 1-dən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməyin - Şərtləri

  • + A
  • - A
  • 29-03-2021, 21:00

    Aprelin 1-dən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməyin - Şərtləri

    Xəbər verdiyimiz kimi, ötən ilin dekabrın 10-da Bakıda imzalanan, Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı olaraq Türkiyə və Azərbaycana şəxsiyyət vəsiqələri ilə səyahətlərini təmin edən protokol aprelin 1-dən qüvvəyə minir.

    Azadmedia.az xəbər verir ki, bu çərçivədə Türkiyənin Azərbaycandakı səfirliyi səyahət şərtlərini açıqlayıb.

    Qeyd edilib ki, sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək:

    “Şəxsiyyət vəsiqəsi ilə səyahət çərçivəsində Azərbaycan vətəndaşlarına Türkiyəyə girərkən, Türkiyə vətəndaşlarına isə Türkiyədən çıxarkən iki dildə “Giriş-çıxış forması” veriləcək. Bu forma üzərində giriş-çıxış ştampları vurulacaq.

    Hər iki ölkə vətəndaşlarının sözügedən sənədi Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə daşımaları və giriş-çıxış əsnasında şəxsiyyət vəsiqəsi ilə birgə sərhəd qapılarındakı müvafiq səlahiyyətlilərə təqdim etməlidirlər.

    Yeni nəsil şəxsiyyət vəsiqələri ilə səyahət edən Türkiyə vətəndaşları Azərbaycanda şəxsiyyət vəsiqələrini itirərlərsə, Türkiyəyə dönmələrini təmin etmək məqsədilə müvəqqəti pasport müraciəti edə bilmələri üçün özləri ilə şəkilli və Türkiyə Cümhuriyyəti şəxsiyyət vəsiqəsi nömrəli bir başqa sənəd də götürmələri tövsiyə edilib”.

    Məlumata görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin səyahət sənədi olaraq istifadəsi yalnız Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərdə mümkündür:

    “Üçüncü ölkələrdən Türkiyə və ya Azərbaycana gəlişlərdə pasportdan istifadə məcburidir.

    Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə oturum icazəsi üçün müraciət etmək mümkün deyil. Türkiyədə və ya Azərbaycanda 90 gündən artıq qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox keçərlilik müddəti olan pasportları ilə oturum icazəsi üçün müraciət etməlidirlər.

    Azərbaycana gələn bütün əcnəbi vətəndaşlar ölkədə 15 gündən artıq qalmağı planlaşdırırlarsa, Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ünvan bildirməlidirlər. Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdıran Türkiyə vətəndaşlarının ölkədən çıxarkən cəzalandırılmamaları üçün ünvan bildirilməsini vaxtında yerinə yetirmək vacibdir”.

    Səfirlik xatırladıb ki, koronavirusla mübarizə çərçivəsində Azərbaycandakı xüsusi karantin rejiminin müddəti 1 iyun 2021-ci ilə qədər uzadılıb:

    “Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə yalnız Azərbaycanda oturum icazəsi olan və ya yaxın qohumu (valideyni, həyat yoldaşı, övladı) Azərbaycan vətəndaşı olan xarici ölkə vətəndaşlarının Azərbaycana girişinə icazə verilir.

    Bu qəbildən olmayan əcnəbilərin Azərbaycana gəlməmişdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən giriş icazəsi almaları tələb olunur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR