ABŞ və Britaniya siqnal verib ki, Rusiya Ukraynanı işğal edərsə, bəzi rus şirkətləri və prezident Vladimir Putinə yaxın adamlar sanksiyaya məruz qala bilər.
Kremlin Ukrayna sərhədləri yaxınlığında 100 minə yaxın hərbçi yerləşdirməsindən sonra Şərqi Avropada gərginlik artmaqda davam edir. Moskva administrasiyası Ukraynaya müdaxilə planlarını inkar etsə də, ABŞ, Britaniya və Avropa İttifaqı Rusiyanın Ukraynaya mümkün müdaxiləsinə qarşı diplomatik danışıqları və xəbərdarlıqları artırıb.
ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bəyan edib ki, ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsi halında iqtisadi sanksiyalar tətbiq etmək üçün Rusiya elitasından və Putinin yaxın çevrəsindən adların siyahısını hazırlayıblar. Adının çəkilməsini istəməyən yüksək rütbəli ABŞ rəsmisi dedi: “Bizim müəyyən etdiyimiz şəxslər Kremldə və ya ona yaxın söz sahibi olan və hökumətin qərar qəbul etmə prosesində rol oynayan və ya işdə minimal günahı olan və ya sabitliyi pozan hərəkətləri olann şəxslərdir”.
ABŞ rəsmisi həmçinin sanksiya meyarlarına cavab verən Rusiya elitaları və onların ailələri üçün xüsusi sanksiya paketləri hazırladıqlarını açıqlayıb. ABŞ prezidenti Co Bayden bir seçim olaraq Putinə qarşı sanksiyalar tətbiq edilmə fikri də buna daxildir.
İngiltərə də bəyan edib ki, Kreml Ukraynanı işğal edərsə, Rusiya şirkətlərinə və Kremlə ən yaxın şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.
İngiltərə Xarici İşlər Naziri Liz Truss, Rusiyanın Ukraynaya təcavüzündən çəkindirmək üçün Rusiyaya tətbiq oluna biləcək sanksiyaların əhatəsini genişləndirmək səbəbilə, bu həftə yeni qanun qəbul edəcəklərini bildirib.
Ülkər Piriyeva