AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə inkişaf tarixində yeni mərhələyə qədəm qoyub

  • + A
  • - A
  • 1-02-2022, 14:37

    Gəncə inkişaf tarixində yeni mərhələyə qədəm qoyub

    Gəncə həmişə Azərbaycanın ən böyük sənaye şəhərlərindən biri olub. Xüsusilə, ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlişi ilə Gəncənin inkişafı daha da sürətləndi. Lakin Ulu Öndərin siyasi bürodan uzaqlaşması, 1990-cı illərin əvvəllərində ölkədə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü Gəncəni çıxılmaz vəziyyətə saldı. Yollar tamamilə dağıdıldı, işıq, qaz, ümumiyyətlə, yox idi.

    Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

    “1990-cı illərin əvvəlində ölkədəki siyasi böhran Gəncədən də təsirsiz ötüşmədi. Əhalinin sosial vəziyyəti ağırlaşdı, inflyasiya bütün sahələrə mənfi təsir göstərdi. Xatırlayıram ki, o zamanlar Aqrar Universitetin professor-müəllim heyəti auditoriyalarda palto ilə əyləşirdi. Hətta, ADAU-nun elmlər doktoru Əbülfəz müəllim çörək növbəsində sıxlığın arasında dünyasını dəyişmişdi. Biz bütün bu prosesləri görərək bu günlərə gəlmişik”, - deyə professor bildirib.

    Gəncənin SSR dönəmində olduğu kimi, müasir dövrdə sürətli inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə gəldiyi dövrdən ölkədə siyasi sabitlik yaradan, inflyasiyanın qarşısını alan Ulu Öndər sənaye müəssisələrinin dirçəldilməsi, xüsusilə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdı.

    Rektor Prezident İlham Əliyevin 18 illik prezidentlik dövründə 18 dəfə Gəncə şəhərində olmasını və burada böyük infrastruktur layihələrinin açılışında iştirak etməsinin gəncəlilər tərəfindən yüksək qiymətləndirildiyini deyib: “Prezidentimiz Aqrar Universitetin iki böyük tələbə evinin, yeni tədris korpusunun açılışında iştirak edib. Regionlara, kənd təsərrüfatına, Gəncəyə olan diqqətini, qayğısını göstərib. Yanvar ayının 30-da şəhərə səfəri isə Gəncənin inkişaf tarixində yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı “ASAN xidmət” Mərkəzinin istifadəyə verilməsi gəncəlilər tərəfindən sevinclə qarşılandı. Erməni terroru nəticəsində həlak olan sakinlərimizin xatirəsinə ucaldılacaq Gəncə Memorial Kompleksinin təməli atıldı. Bununla da biz bir daha erməni vandalizminə göz yummayacağımızı və xalqımıza yaşadılanları heç vaxt unutmayacağımızı dünyaya çatdırmış olduq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR