Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
01 Fevral 2022-ci il tarixində 5223 yoluxma faktı və 21 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 866 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 392 nəfərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.