AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səmimi görüşə görə təşəkkürlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

  • + A
  • - A
  • 7-02-2022, 17:43

    Səmimi görüşə görə təşəkkürlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

    MƏLUMATI

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Agentliyin İcraçı direktoru Aygün Əliyeva fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etmiş fəal gənclərin bir qrupu ilə görüşüb.

    Görüşdə Prezident mükafatçıları Azər Əliyev və Səyyarə Gülalıyeva, fəal gənclər Toğrul Babaşzadə, İsmayıllıdan olan gənc müəllim, Avropa Çempionu,Ülvi Osmanov, Cəmilə Məmmədli, Orduxan Qəhrəmanzadə, Ramtiq Əlizadə, Rolan Yusifov, Azelma Ağakişiyeva, Ülviyyə Axundova, Şəhla Talıbzadə, Ruslan Qasımov, Əfsanə Surxaylı, Orucəli Abbaszadə iştirak ediblər.

    İcraçı direktor gəncləri salamladıqdan sonra onları Gənclər Gününün 25 illiyi münasibəti ilə təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini bu gün Müzəffər Ali Baş Komandanın uğurla davam etdirdiyini, gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdiyini qeyd edib.

    Aygün Əliyeva Agentliyin məqsəd və vəzifələri haqqında məlumat verib. Agentliyin fəaliyyətində gələcəkdə birgə əməkdaşlıq və QHT-lərlə iş sahəsinə yeniliklərin gətirilməsində gənclərin təcrübəsindən yararlanma hallarının nəzərdə tutulduğunu bildirib. İcraçı direktor ictimai iştirakçılığın təmin edilməsində fəal gəncləri aktiv olmağa dəvət edib və bildirib ki, bu məsələlərdə onların xüsusi rolu və kifayət qədər potenasialları var.
    Görüşdə Agentliyin əməkdaşı Toğrul Məmmədli Agentliyin fəaliyyəti, gələcək prioritetləri barədə təqdimat edib.
    Sonra gənc fəallarla qarşılıqlı fikir mübadiləsi aparılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR