AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Təşkilat Komitəsi YARATDI

  • + A
  • - A
  • 7-02-2022, 19:21

    İlham Əliyev Təşkilat Komitəsi YARATDI

    Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    Sərəncamla 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri

    Azərbaycan Respublikasının Baş naziri

    Təşkilat Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Təşkilat Komitəsinin üzvləri

    Azərbaycan Respublikasının xarici işlər naziri

    Azərbaycan Respublikasının daxili işlər naziri

    Azərbaycan Respublikasının maliyyə naziri

    Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Azərbaycan Respublikasının səhiyyə naziri

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Azərbaycan Respublikasının təhsil naziri

    Azərbaycan Respublikasının gənclər və idman naziri

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

    Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Heydər Əliyev Mərkəzinin direktoru

    Bakı Konqres Mərkəzinin direktoru.

    Sərəncamda qeyd olunub ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.

    Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

    Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.

    Təşkilat Komitəsi 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2‒6-da Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR