AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müsabiqə keçiriləcək, 1 milyon manat ayrıldı - SƏRƏNCAM

  • + A
  • - A
  • 9-12-2021, 21:36


    Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Marja xəbər verir ki, sərəncama ilə, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

    Sərəncama əsasən:

    - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməldir.

    - Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib:

    “Təşkilat Komitəsinin sədri

    Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

    Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

    Təşkilat Komitəsinin üzvləri

    Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

    Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

    Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

    Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

    Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

    Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin

    Direktorlar Şurasının sədri

    Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR