Koronavirusun "omikron" ştammına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəziyyəti yaxşıdır və məsafədən işləməyə davam edir.
Bunu özünün "Twitter" səhifəsində R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan yazıb.
"COVID-19 üzrə testlərimizin cavabı müsbət çıxdıqdan sonra Tayyib bəy və mən evdə dincəlməyə və uzaqdan işləməyə davam edirik. Allaha şükür vəziyyətimiz yaxşıdır", - deyə Əminə Ərdoğan yazıb.
Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "Twitter" hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxduğunu bildirmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.