İstanbul və Ankara Baş Prokurorluqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın koronavirusa yoluxması ilə bağlı cinayət xarakterli paylaşımlarla əlaqədar iş üzrə istintaqa başlayıb.
AzadMedia.az xəbər verir ki, istintaq çərçivəsində hərəkətə keçən polis Türkiyə vətəndaşı olan qadını evində saxlayıb.
İstanbul Baş Prokurorluğu faktla əlaqədar araşdırma başladıb.
Qeyd edək ki, ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında həyat yoldaşı ilə birgə omikron ştamına yoluxduqlarını açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.