İstanbul Prokurorluğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın omikron ştammına yoluxduğu barədə açıqlamasına cavab olaraq sosial şəbəkələrdə təhqiredici mesajlar yayan istifadəçilərlə bağlı araşdırmalara başlayıb.
Azadmedia.az NTV telekanalına istinadən xəbər verir ki, azı bir şübhəli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs internetdə təxribat xarakterli və təhqiredici məzmunlu material yerləşdirməkdə ittiham olunur ki, bu da respublika qanunlarına görə cinayət üçün kifayət hesab olunur.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Telegram kanalında həyat yoldaşı ilə birlikdə koronavirusa yoluxduğunu açıqlamışdı. Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül keçir. Ərdoğan özü də uzaqdan işləməyə davam edir.
Xatıqladaq ki, Türkiyədə prezidentin təhqir edilməsi ilə bağlı qanun var. Belə bir cinayət bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.