AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"NATO-da kollektiv ideyalar yoxdur, yalnız bir dövlətin üstünlüyü var"

  • + A
  • - A
  • 9-02-2022, 08:48

    "NATO-da kollektiv ideyalar yoxdur, yalnız bir dövlətin üstünlüyü var"

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yerli telekanallardan birinə müsahibəsində NATO ilə KTMT arasındakı fərqdən danışıb.

    Zaxarova Şimali Atlantika Alyansı "hərbi strategiyaya əsaslanan hərbi təşkilat" olduğunu ifadə edib.

    “Kollektiv təhlükəsizlik müqaviləsi kollektiv müdafiəni nəzərdə tutur. NATO üçün sərhəd yoxdur, onlar öz təsir dairələrini müstəsna olaraq öz sərhədləri ilə müəyyən etməyiblər", - Zaxarova izah edib.

    Onun sözlərinə görə, NATO-nun mahiyyətini Liviyadakı əməliyyatlarında görmək olar.

    “Liviya heç kimə hücum etmədi, Liviya öz həyatını yaşadı. NATO qüvvələri... BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq... öz əməliyyatını - suveren dövlətə qarşı təcavüzü həyata keçirəndə, o zaman Liviyadakı vəziyyət bütün dünyanı təhdid etməyə başladı", - diplomat bildirib.

    Zaxarova vurğulayıb ki, KTMT-nin dəqiq nizamnaməsi, dəqiq vəzifə bölgüsü, funksiyaları var və təşkilatda heç kim müqaviləyə üzv olan dövlətlərdən kənarda hər hansı fəaliyyət həyata keçirmək fikrinə düşməyib.

    XİN sözçüsü əlavə edib ki, NATO-da kollektiv ideyalar yoxdur, yalnız bir dövlətin üstünlüyü var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR