AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ABŞ-ın xüsusi xidmət orqanları “Twiter” sosial şəbəkəsinə təsir göstərir” — Mariya Zaxarova

  • + A
  • - A
  • 28-10-2017, 10:57

    “ABŞ-ın xüsusi xidmət orqanları “Twiter” sosial şəbəkəsinə təsir göstərir” — Mariya Zaxarova














    Rusiya tərəfindən Amerikanın “Twiter” sosial şəbəkəsinin RT kanalı və “Sputnik” agentliyinin hesablarının reklamlarına qadağa qoyması ilə bağlı məsələyə münasibət bildirilib.
    Rusiya Xarici İşlər Nazirliyini mətbuat katibi Mariya Zaxarova bunu “həyəcan siqnalı” adlandırıb. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanlarının sosial şəbəkəyə təsiri “bir siqnal”dır.

    “Bu barədə danışmağın özü mənasızdır. Rabitə texnologiyaları ilə məşğul olan böyük bir özəl şirkət informasiya yayılmasına kömək edir. ABŞ-ın xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri isə bu işə mane olurlar. Onlar mətbuata təzyiq göstərirlər. Bundan əlavə, məlum olur ki, ABŞ-ın xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri “Twiter” sosial şəbəkəsinə də təzyiq edirlər”, - deyə Mariya Zaxarova bildirib.
    Oxşar xəbər

    Qeyd edək ki, ABŞ şirkətlərindən biri Rusiyaya qarşı sanksiya tətbiq edib. Amerikanın “Twiter” sosial şəbəkəsi Rusiyanın RT kanalı və “Sputnik” agentliyinin hesablarının reklamlarına qadağa qoyub. Bu barədə şirkətin bəyanatında deyilir. Bəyanatda bildirilib ki, qadağalar ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsilə bağlı tətbiq olunub.

    Şirkətdən bildirilib ki, həmin qurumlar sosial şəbəkənin istifadəçisi kimi qala bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR