AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“PAŞA Bank” müştəriləri Azərbaycanda ilk dəfə olaraq bank əməliyyatları çərçivəsində onlayn notariat hərəkətlərini həyata keçirə bilir

  • + A
  • - A
  • 9-02-2022, 13:19

    “PAŞA Bank” müştəriləri Azərbaycanda ilk dəfə olaraq bank əməliyyatları çərçivəsində onlayn notariat hərəkətlərini həyata keçirə bilir

    İnnovativ xidmətlərin və həllərin tətbiqini davam etdirən Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən müştərilərə bank xidmətlərindən yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında təsdiq edə bilmək imkanı yaradılıb.
    Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıqda ölkəmizdə ilk dəfə tətbiq olunan bu texnoloji həll bir sıra əməliyyatlar üzrə müştərilərin Banka və ya notariusa bilavasitə müraciət etmək zərurətini aradan qaldırmağa xidmət edir. Belə ki, “PAŞA Bank”ın Onlayn Bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında təsdiqlədə biləcəkdir.
    Fevralın 9-da “PAŞA Bank” tərəfindən Ədliyyə Nazirliyi ilə birgə çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı ilə yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib. Tədbirdə çıxış edən “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, bu texnoloji həll ilkin mərhələdə müştərilərlə imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacaq. Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək.
    “Müştərilərə göstərilən xidmətlərin daim təkmilləşdirilməsi və bank əməliyyatına sərf olunan vaxta maksimum qənaət edilməsi “PAŞA Bank”ın əsas prioritetləri sırasındadır. Bu cür texnoloji həllərin tətbiqi isə təkcə müştərinin deyil, həm də dövlət və özəl sektor arasında təşkil edilən birgə xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verəcək”, - deyə, V. Xəlilov bildirib.
    Tədbirə qatılan Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətində müasir texnologiyaların, o cümlədən əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətlərinin tətbiqindən danışıb.
    Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur. Artıq 200 mindən çox istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarının daha asan, rahat və məsafədən həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu doğurur.
    Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin tənzimlənməsində əhəmiyyətli rolu olan, cəmiyyətdə xüsusi nüfuza və çoxsaylı müştəri auditoriyasına malik PAŞA Bankın onlayn bank platforması ilə “Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək və dövlət – özəl tərəfdaşlığın nümunəsi olaraq ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına xüsusi töhfə verəcəkdir”, - deyə, A.Səməd-zadə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR