Kapital Bank korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verdi. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.
Yeni tətbiq vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar cari hesablar, kartlar, imza gözləyən əməliyyatlar, sərəncamlar, köçürmələr haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin, “Müştəri Bank Mobile” ilə əməliyyatları imzalamaq, onlar barədə bildirişlər almaq, müxtəlif köçürmələr yaratmaq və digər əməliyyatlar yerinə yetirmək mümkündür. Tətbiqdən hazırda yalnız Müştəri Bank-ın desktop versiyasından qeydiyyatdan keçənlər faydalana bilər. Tətbiqin funksionallığının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Müştəri Bank-ın desktop versiyası vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.