Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.
Bu barədə "Bakı Telefon Rabitəsi" MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir.
Məlumata görə, fasilə əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.
Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.