Telefon cibində partladı – Bədəninin 30 faizi yandı
Qırğızıstanın İssık-Kul vilayətində yeniyetmə mobil telefonun partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Trend xəbər verir ki, partlayış nəticəsində onun bədənin 30 faizi yanıb.
Qeyd olunur ki, həmin şəxs telefonla danışdıqdan sonra telefon əlindən yerə düşüb. Yerə düşmüş telefonu cibinə qoyduqdan sonra telefon naməlum səbəblərdən partlayıb.
Yeniyetmənin vəziyyəti stabil ağır olaraq dəyərləndirilir. Onun döş qəfəsi, qarın və bud nahiyələri yanıb