Martın 12-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun qərarı ilə Xalq Məclisinin Milli Şurasında növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bu barədə Türkmənistan rəsmi xəbər agentliyinin "TDH" məlumat yayıb.
Bildirilir ki, Türkmənistan lideri Berdiməhəmmədov Milli Şuranın Xalq Məclisində gənc liderlərin ölkədə dövlət idarəçiliyində iştirakının zəruriliyini vurğulayaraq, Mərkəzi Seçki Komissiyasının sədrinə tapşırıq verib.
Bundan sonra Türkmənistan Milli Şurası toplanıb.
İclasda Türkmənistan Konstitusiyasının 81-ci maddəsinə və Türkmənistan Seçki Qanununun 86-cı maddəsinə uyğun olaraq növbədənkənar prezident seçkilərinin 12 mart şənbə günü keçirilməsi qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.