Türkmənistan hüquq-mühafizə orqanları prezidentin ölümü barədə şayiə yayılandan sonra gücləndirilmiş iş rejiminə keçiblər.
Axar.az xəbər verir ki, bu məlumatı “Xronika Türkmənistan” yayıb. Məlumata görə, artıq prezident ölümü haqqında şayiə yaymaqda ittiham olunaraq, 3 nəfər saxlanılıb. Yaxalananların “Türkməntelekom”un əməkdaşı, Su Təsərüffatı İdarəsinin işçisi və Mənzil İstismar Sahəsi əməkdaşı olduğu vurğulanıb.
Artıq Mədəniyyət Nazirliyinə yayılan şayiələrlə bağlı əks-fəaliyyətə başlamaq tapşırığı da verilib. İnstaqramda yerli məşhurlar prezidentin ölümü ilə bağlı şayiələrə inanmamaqla bağlı video-çarxlar da yayıblar.
Qeyd edək ki, 21 iyulda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb. Sonradan bu informasiya rəsmən təkzib edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.