AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov seçiciləri ilə növbəti görüş keçirib - FOTOLAR

  • + A
  • - A
  • 13-02-2022, 16:40

    Deputat Məşhur Məmmədov seçiciləri ilə növbəti görüş keçirib - FOTOLAR


    Masallı şəhər 70 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Məşhur Məmmədov YAP Masallı şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib.

    Azadmedia.az xəbər verir ki, hər həftə sonu mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən deputat, Şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi budəfəki qəbulda 16 vətəndaşı qəbul edib.

    Vətəndaşların səsləndirdiyi müraciətləri dinləyib, həmçinin onları narahat edən bir sıra problem və məsələlərlə tanış olub.

    Belə ki, vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini tam şəkildə dinləyib. Qeyd edək ki, dairənin vətəndaşları əsasən sosial şəratin yaxşılaşdırılması, əməliyyat və tibbi ehtiyaclarının təmin edilməsi, övladlarının təhsil problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

    Nəzərinizə çatdıraq ki, müraciətlər nəzarətə götürülüb, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi operativ şəkildə yerindəcə həllini tapıb.

    Görüş, pandemiya şəraitinə uyğun şəkildə keçirilib, bundan əlavə qəbul zamanı pandemiya vəziyyətilə əlaqədar vətəndaşlara karantin rejiminin şərtlərinə hər daim əməl etmələri tövsiyə edilib.

    Millət vəkili həmçinin qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, nümayiş etdirdikləri yüksək mədəniyyət nümunələri hər bir dövlət məmuru üçün bir mənalı şəkildə örnək olmalıdır. Vətəndaşlarımızı qəbul edərək dinləməli və problemin həlli üçün bacardığımızı əsirgəməməliyik.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR