Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə bir araya gəlib.
Mütəmadi həyata keçirilən görüşdə deputat seçicilərin və şəhər sakinlərinin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
İşlə təminat, mənzil - məişət şəraitinin yaxşılaşdırılması, tibbi yardımın göstərilməsi və müxtəlif sosial məsələlərlə bağlı səsləndirilən müraciətlər deputat tərəfində diqqətlə dinlənilərək qeydə alınıb.
Vətəndaşları narahat edən məsələləri ətraflı təhlil edən Naqif Həmzəyev qeyd olunan problemlərin həlli üçün ən qısa müddətdə aidiyyatı qurumları məlumatlandıracağına söz verib.
Millət vəkili vətəndaşlara, həmçinin pandemiya ilə mübarizədə diqqətli olmağı və karantin qaydalarına əməl etməyi tövsiyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.