AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu “Nə İslam dünyası, nə Panslavyanist Avrasiyaçılığı əsas tutan Rusiya dünyası, fəlsəfəsi gənclərə, bütün insanlara yaşam modeli suna bilmədi.”
Batının gücü nədədir?
Daha doğrusu, İslamın sunduğu yaşam modeli və həyat fəlsəfəsi Batıya uduzdu, Rusiyanın yaşam modeli kimi sunduğu sosyalizm isə Batı ağlının məhsulu idi, Batıdan alınmışdı. Rusiya fəlsəfəsi tarixi boyunca bəşəriyyətə bir yaşam modeli örnəyi suna bilməmişdir. Batı ağlı isə Renessansdan günümüzəcən insanlığa universal yaşam fəlsəfəsi və modeli sunduğu üçün güclüdür. Dünyada bütün gənclərin üzü Batıyadır. Bütün insanlar yaşamda özgürlük istər. Digər mədəniyyətlər yaşama qatı kurallar yükləyər, Batı isə yaşamı özgürlük kimi qavrayar. Batının cazibəsi bu. 600 ildir Batı mədəniyyətinin cazibəsi gənclərin ürəyini fəth etməkdədir. Tarixin öz məntiqi var. İnsan vicdanına müraciət edən, insan qəlbini fəth edən mədəniyyətlər daim kürəsəl güc olmuşdur.Rusiya isə öz tarixi boyu heç vaxt universal ideyalar və fəlsəfələr yaratmamışdır. Dini Şərqi Romadan, kültürü Batıdan, dövlət iyerarxik quruluşunu və təşkilatını isə Türklərdən- Xəzərlərdən və Qızıl Ordadan ödünc almışdır.
Tarixi boyunca Rusiyada ideologiyalar
1. 3-cü Roma doktrinası. Bütün ortodoksların-pravaslavların İstanbul-Çarqrad mərkəz olmaqla Rusiya imperiyasında birləştirilməsi 2. Panslavyanizm. Bütün slavyanların Rusiya dövlət çatısı altında birləştirilməsi 3. Sosyalizm. Marksizm -Leninizm. Kommunist internasionalizmi. Fəhlə diktatorluğu. Kollektivizm. Materializm. Ateizm. Darvinizm. 4. Rus dili. Kiril əlifbası. Despotizm. Federalist Rusiyaya bağlı 21 türk -müsəlman respublikasını Rus dili, Rus mədəniyyəti, Rus işğalı, despotizm və polis rejimi basqısı ilə Moskvaya bağlı tutmaq. Nə vaxta qədər? Rusiyanın tarixi etnoqrafik ərazisi Moskva və ətraf bölgələrdir. Rusiyanın digər bütün torpaqları tarixi Rus torpağı deyil. Rusiya Xəzər- qıpçaq imperatorluğunun və Qızıl Orda imperatorluğunun torpaqlarını zəbt etmişdir. Rus dili və Rus Ordusu Rusiyanı ayaqda tutan yeganə dəyərdir. Rusiyada müxtəlif dinli, dilli, kültürlü başqa xalqları birləştirə biləcək ortaq heç nə yoxdur. Rusiya sivilizasiya mərkəzi deyil. Rusiyada bütün xalqları birləştirə biləcək ortaq universal dəyərlər yoxdur.
P.S. Bəzi Batı yanlılara.
1. Ölkəmizdəki Batı yanlılar Batıya birləşməyi, Avro-Atlantik dünyaya inteqrasiya olunmağı, NATO ya girməyi Azərbaycanın əsas stratejisi hesab edir. Burada yeni heç bir şey yoxdur. Son 200 ildə Avropanın( Amerika, İngiltərə, Fransa, portuqaliya və.s) sömürgəsi olan ölkələr Rusiyaya, Rusiya sömürgəsi olan ölkələr Avropaya meyl etməklə, ittifaq qurmağa çalışmaqla ayaqda durmağa çalışmışlar. Batı mədəniyyəti öz içindı cazibaədar olsa belə, yer üzündəki bütün digər mədəniyyətləri dışlamış, kötüləmiş, yer üzündən silməyə çalışmışdır.
Mayya, Astek, Hind, İslam və s. Amerika, Avstraliya, Kanada, Yeni Zellandiya kimi torpaqlarda Batı yayılmaçılığı bütün yerli xalqların soyqırımı hesabına baş vermişdir. Afrika, Asiya kölələşmiş, sömürülmüşdür. Bunu yapan bir mədəniyyət və fəlsəfə mənim üçün cazib deyildir. Dünyada bir oyanış gedir. Bütün dünya xalqları Batının cinayətlərini, bəşəriyyətə vurduğu ziyanları bildikdə Batıya qarşı birləşıcəklər. NATO -nun ömrünə az qalıbdır. Xristian mədəniyyətini təmsil edən Rusiya (doğu Roma) və Batı da (batı Roma) çökəcəkdir.
Çünki tezis öldükdə antitezis də ölər.Bütün digər mədəniyyətləri və sosio-kültürəl sistemləri çöktürmək və yox etmək barbarlıqdır. Bu Batının, Ağ adamın yapdığı soyqırımdır. Bu Tötön irqçiliyidir. 2. Batı 50 il Türkiyəni Avropa Birliyinin içinə almadı. Çünki AB Ellin-Roma-German-Yəhudi-Xristian dəyərlərinin və sistemlərinin sintezini təmsil edənlərin blokudur. Xristian blokudur. Türkiyə Türk-İslam-Asiya-Doğu dəyərlərinin və sivilizasiya sisteminin təmsilçisidir. Türkiyə Avropa sistemi üçün ötəkidir, yaddır, alternativdir, rəqibdir. Batı bizi özündən bilmir, biz öz təmsil etdiyimiz dəyər və mədəniyyət etibarilə Batı sisteminə yadıq. Batı Yunan, Latın, German və Yəhudi dəyərlərinin sintezidir. Bizim dəyərlərimizi, Türk-İslam dəyərlərini təmsil edən ölkəni, gücü əsla içinə almaz, öz qurduğu sistemi yaralamaz və bu sistemin ayaqda durması üçün bizi ötəkiləştirib, bizdən düşmən obrazı yaradar. Biz dəyər və mədəni sistem, dünyagörüş baxımından Turan, türk- islam mədəni sisteminin təmsilçisiyik.
Alp Er Tunqanın, Atillanın, Çengizin, Şah Xetainin, Sultan Süleymanın qurduğu dünyanın təmsilçisiyik. Batı dünyasına rəqib və alternativ dünyanın, dəyərlərin varisləriyik. O üzdən Mən öz sistemimizi quralım deyirəm. Bizim sistemimiz Allah, Təbiət, insan, ailə, dövlət, həyat fəlsəfəsi haqqında Batıdan fərqli dünyagörüş və fəlsəfə sunar. Bunları dərləyib toplayıb öz sistemimizi quraq deyirəm. Sizin Azərbaycanı Batıya birləşətirmə çabalarınız boşa xərclənmiş fəaliyyətdir. Türkiyə 50 il zaman xərclədi. Sonucu olmadı. Son 100 ildə Afrikanı, Asiyanı sömürgələştirən, bu ölkələrin inkişafını durduran, bu ölkələrin xalqlarını soyqırıma uğradan Batının cazibəsinə aldanmayaq deyirəm.
Öz sistemimizi, sivilizasiyamızı quralım deyirəm. Turan quralım deyirəm. Məni öz siyasi düşərgəmdən- AXCP-MÜSAVAT (təbii ki, burada Elçibəyin təmsil etdiyi milliyyətçi AXCP və Rəsulzadənin təmsil etdiyi klassik milliyyətçi Müsavatdan söhbət getmir, çağdaş kosmopolit AXC- Müsavatdan söhbət gedir) düşərgəsindən ayıran çizgi bax budur. (Mən klassik Elçibəy milliyyətçiliyinin və Rəsulzadə Müsavatçılığının təmsilçisiyəm) Bu düşərgə liderlərinin kosmopolitizmə əsaslanan ideyasız çıxışları kütlələrə təsir edə bilər, mənə isə əsla yox. İndi mən o bəsit çıxışlara, bəsit intellektual görüşlərə, çağırışlara gülürəm, qəzəblənirəm. Bütün kosmopolit ideyalar müvəqqətidir, siyasi konyuktura xidmət edir. Milli ideyalar isə millətə güc verər, tarixə yön verər. Türkçülüyü öz proqramından çıxaran siyasi qruplarla əsla bir yerdə olacağımı sanmıram. AXCP- çilərin də təbirincə YAP -da satılmamışam, YAP iqtidarına qarşı sizdən daha qəti duruş sərgilədiyimə inanıram.Mənim ölkəm nə Batının, nə Rusiyanın sömürgə sisteminin, kültür imperializminin köləsi olmayacaqdır.
TURAN sivilizasiyasının mərkəzi olacaqdır, mərkəzi!
AB- nə yox.Rusiyaya yox.Türkiyə-Azərbaycan-Pakistan hərbi siyasi strateji birliyiTürkiyə ilə Konfederasiyaya doğru irəli. Türkiyə-Azərbaycan konfederasiyası.Türk Dövlətləri Təşkilatına doğru urəli!
Batı imperializminin ürətdiyi demokratiya və avtokratiya davalarına zaman xərcləməyə dəyməz. (Demokrat Makron ermənilərin Qarabağı işğal etməsini dəstəklədi, avtokrat Ərdoğan Qarabağı erməni işğalından azad etməyə çalışdı) Zamanı Turan sistemini qurmağa xərcləməliyik.
Davamız Batı ideolojiləri uğruna deyil, milli ideolojilər uğruna olmalıdır.
3. NATO da Rusiya da bizim üçün təhdiddir.
Ölkəmizdə 100 il liberalizm, kommunizm davası getdi. Siyasi qruplar, ideoloji davalar bu ideyalar etrafında formalaşdı. İndi, XXI yüzillikdə də geosiyasi mübarizələr, rəqabətlər, savaşlar, siyasi qruplaşmalar, demokratiya və Avtokratiya anlayışları üzərindən aparılır. Batı dünyası, Batı ağlı kürəsəl hegemonyasını davam etdirmək üçün hər çağın öz siyasi fəlsəfəsini ürətir və dünyanı bu fəlsəfə və anlayışlarla bölərək idarə edir. Liberalizm de kommunizm də, demokratiya da avtokratiya da bir oyundur, kosmopolitdir, bizim ehtiyaclarımızdan doğmamışdır, bizim tarixi dinamiklərimizdən doğmamışdır, bizim mədəniyyətimizdən çıxmamışdır. XX əsrin əvvəllərində kapitalizm kommunizm davaları və rəqabətlərindən Azərbaycan böyük yaralar aldı, parça parça oldu.
Milli ağlımız və stratejimiz bu ideoloji qarşıdurmalar qarşısında yenik düşdü. Eyni təhlükə bu gün də var. Batı ağlının ürətdiyi Avtokratiya və demokratiya qarşıdurmalarında yenik düşməməliyik, nə Amerikanın nə Rusiyanın oyunlarına düşməməliyik, qurbana çevrilməməliyik, amma bu rəqabətin yaratdığı hər fürsətdən istifadə edib Rusiyanı Qarabağdan, bütün Qafqazdan çıxarmalıyıq, Zəngəzuru almalıyıq, TDT nı gücləndirməliyik və.s. və ilaxır…
Milli stratejimizi və ağlımızı gəliştirməliyik.Bütün bunlarla bərabər, 2 seçim qarşısında qalmışıq.
1. Ukraynanın özgürlük savaşı bizim özgürlük savaşımızdır. Rusiya Ukraynanı işğal etsə Azərbaycanı da, bütün post sovet ölkələrini də işğal edəcəkdir. Yenidən Rusiya sömürgəsinə çevriləcəyik. Rusiya bu savaşda yenilməlidir. Rusiya çökməlidir. Ukrayna özgürlüyü qorunmalıdır. 2. Rusiya bu savaşda yenilsə və ya Ukrayna NATO üzvü olsa NATO Qara dənizə enəcək və Türkiyəni həm Qara dənizdən həm Ağ dənizdən kuşatmağa başlayacaq. Türkiyəni parça parça edəcək. Suriyanın durumuna salacaq.
Bu ziddiyyətlərdən, təhlükələrdən qaçmalıyıq. NATO da, Rusiya da bizim üçün təhdiddir.