AMEA-nın əməkdaşı
Yasəmən Qaraqoyunlu
Biz Plüralist, çox qütblü dünya idealı və milli Özə dönüş fəlsəfələri haqqında düşünürük.
Biz Pakistan - Türkiyə - Azərbaycan hərbi siyasi strateji blokunun qurulmasını israr edirdik.
Bəzi özünü çox bilgili hesab edən pilitoloqlar vardı, adımızı çəkməsə belə, bu ideyanın gerçəklərə uyğun olmadığını iddia edirdi. Hətta sosial şəbəkələrdə şəxsimizə yaraşmayan çox kötü ifadələr belə kullanmışdı.
Biz alternativ fikir və stratejilər ürətərkən əsla opponentimizin ünvanına kötü ifadələr kullanmadık. Biz Qərb mərkəzli dünyagörüş və baxış acısından çıxış edərək siyasi fikir ürətən dostlarımıza söyləmək istərdik ki, dünyanın və uluslararası ilişlkilərin Qərb mərkəzli strateji və hüquq anlayışından çıxış edərək quruluşlanması dönəmi bitməlidir. Uluslararsı ilişkilər plüralist dünya qavramı əsasında şəkillənməlidir və hər ulus dövləti özü özgür şəkildə siyasi bloklar və kurumlar qurma özgürlüyünə sahibdilər. Türkiyə - Pakistan - Azərbaycan bloku da özgür siyasi iradənin və özgür xarici siyasətin bir nümunəsidir.
Zaman keçir, Qərb paradiqmaları əsasında qurulmuş dünya və uluslararası təşkilatlar, əlaqələr böhran dönəminə, çözülmə dönəminə girir, bizim "çox bilgili" politoloqlar ve siyasətçilər isə hələ də Azərbaycanın gələcəyini Qərb mərkəzli baxış bucağlndan təhlil edib, stratejiler ürətirlər. Nə etsinlər. Aldıqları təhsil onları belə yetişdirdi. Nədə olsa, bizim dünyamız və mədəniyyət sistemimiz XVIII əsrdən çökdü, çökdürüldü, Qərb yüksəldi, uluslararası təşkilatlar quraraq bu təşkilatlar vasitəsilə hegemoniyasını dünyaya yaydı və az qala bütün dünya Qərb mədəniyyəti fazasını yaşamağa başladı. Qərb mədəniyyəti fazası dönəmində Qərblilər üstün ağ irq, Avropa coğrafiyası isə dünyanın mərkəzi hesab edildi, Qərb mədəniyyəti, hüququ, siyasi sistemləri, əxlaqı, həyat tərzi, fəlsəfəsi, dünyagörüşü üstün görüldü, hardasa bütün dünyaya yayıldı və digər mədəniyyətlər, xalqlar, fəlsəfələr, yaşam biçimləri, siyasət fəlsəfələri yox edildi, dağıdıldı, öldürüldü, kötüləndi, tarixdən çıxarıldı. Sosioloq Əli Şəriəti öz mədəniyyətindən imtina etmiş və uzaqlaşmış, Qərb mədəniyyəti fazası yaşayan dünyanı və fərdi Halünasiyaya uğramış dünya və fərd adlandırmışdı. Bizim siyasətçilər və politoloqlar hələ də dünyanı Qərb hesab edirlər və Qərbin qurduğu dünyanı təmsil edirlər. Onların çıxışları, yorumları, baxış bucaqları ilə əsla məni cəlb etmir.
Fəlsəfə mənə öyrətdi ki, dünya sadəcə Qərbdən ibarət deyilmiş, Qərb mərkəzli baxış acısından təhlil etmək dünyanın sadəcə bir tərəfini görməkdir, bu görüş, bu dünya şikəstdir, Qərbin hegemonyasını təsbit etməkdir, Qərbin hegemoniyasına boyun əyməkdir, dünya Qərbdən böyükdür, zəngindir, Qərb dünyanın sadəcə bir hissəsidir. Plüralist dünya qurulmalıdır və plüralist dünyada hər ulus dövləti öz çıxarlarına uyğun olaraq hərbi, siyasi, strateji iqtisadi bloklar qura bilərlər.
Var ol fəlsəfə. Özgürlüyün qalası. Özgür düşüncənin və iradənin son sığnağı.
Uluslararası ilişkilərdə və strateji siyasətlərdə milli fəlsəfələr öz sözünü deməyə başlamışdır.
Milli fəlsəfələr yüksəldikcə Qərbin fikir və siyasət üzərində hegemoniya çağı bitəcəkdir.
Milli fəlsəfələr milli siyasətləri, stratejiləri şəkilləndirəcəkdir.
Hər fərd öz mədəniyyətinə, fəlsəfəsinə, dilinə, stratejisinə sarılaraq plüralist dünya quruculuğuna qatqıda buluna bilər.
Plüralist dünya azad dünyadır. Mədəniyyətlərin, dillərin, sivilizasiyaların, fikirlərin, dinlərin, fəlsəfələrin bərabər yaşadığı, qarşılıqlı əməkdaşlıq və sayğının bərqərar olduğu bir dünyadır.
Plüralist dünyada silahlar və hegemoniya iddiaları susar, yaşamaq və yaşatmaq idealları, strategiyaları beynəlxalq əlaqələrdə əsas məqsəd olar.
Plüralist dünyanın söyləmi budur.
Yaşa və başqalarını da yaşat!!!