AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

  • + A
  • - A
  • 3-03-2022, 18:47

    Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1784 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

    Xatırladaq ki, 02 Mart 2022-ci il tarixində 865 yoluxma faktı və 16 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1675, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1722 nəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR