“Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya əhəmiyyətli dəstək verdiyini və müharibəni bitirmək üçün addımlar atdığını bildirib.
Bundan əlavə, Zelenski Ərdoğanla yaxın münasibətləri olduğunu söyləyib:
“Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb, bu, böyük köməkdir. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya Prezidenti müharibəni bitirməyin vacibliyini başa düşsün”.
Zelenski, həmçinin qeyd edib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir göstərəcək:
“Dünya liderlərinin çoxunda belə imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə kömək edir. Düşünürəm ki, Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim edən ölkələrdən biri olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.