AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada AES-də baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

  • + A
  • - A
  • 4-03-2022, 09:15

    Ukraynada AES-də baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

    Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.

    AzadMedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.

    Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də (08.20 Bakı vaxtı) söndürülüb. Ölən və xəsarət alan yoxdur.

    ***

    08:36

    Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.

    AzadMedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

    “Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

    Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

    “Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib.

    Qeyd edək ki, artıq yanğın lokallaşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR