Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Ənənəvi qida məhsullarının təkmilləşdırilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) seminar təşkil olunub.
Seminarı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıq elan edərək qonaqları salamlayıb.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, Səfir Peter Mixalko çıxışnda layihənin vacibliyini qeyd edib: “Bu layihə institusional quruculuqda, eləcə də hüquqi və siyasi çərçivənin qurulmasında Azərbaycan Hökumətinə yardım edir ki, yerli və ənənəvi kənd təsərrüfatı və ərzaq istehsalçılarının öz məhsullarını yerli və beynəlxalq bazarlarda təşviq etmələrini Hökumət səmərəli şəkildə dəstəkləsin. Nəticədə həm də yerli məhsulların qida və sağlamlığa faydası, ölkənin kənd təsərrüfatının biomüxtəlifliyinin qorunması barədə ictimai məlumatlandırma artırılır”.
Sonra ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, baytarlıq elmləri üzrə fəlsəfə doktoru Küşvər Məmmədova layihə çərçivəsində hazırlanan “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurikulumu iştirakçılara təqdim edib.
Layihə çərçivəsində günün ikinci yarısında, Gəncə Regional Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Gəncəsənət” İncəsənət və Sənətkarlıq Yarmarkası ilə birgə tədbir təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.