AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çavuşoğlu Lavrovla görüşündən DANIŞDI

  • + A
  • - A
  • 11-03-2022, 13:40

    Çavuşoğlu Lavrovla görüşündən DANIŞDI


    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da keçirdiyi görüşdən əvvəl kameraların önündə salamlaşma zamanı gərginliyin yaşanması barədə iddialara münasibət bildirib.

    "Unikal" "Habertürk"ə istinadən xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı fikirləri təkzib edib.

    “Qarşımızdakı xətlərin üzərində nöqtələr var idi. Onları bir-birimizə göstərirdik. Mənim qarşımdakı xətdəki nöqtələr sarı idi. Lavrov niyə sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq. Heç bir problem olmayıb”, - nazir vurğulayıb.

    Qeyd edək ki, XİN başçıları birgə foto çəkdirərkən M.Çavuşoğlu S.Lavrovdan irəlidə dayanıb. Rusiyalı nazir isə həmkarından arxaya çəkilməsini istəsə də, M.Çavuşoğlu buna məhəl qoymayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR