Lavrov Türkiyəyə niyə getmədi? – Çavuşoğlu açıqladı
Rusiya tərəfi ilə görüşün təxirə salınmasını böhran kimi qiymətləndirmək düzgün deyil.
AzadMedia.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi brifinqdə deyib.
"Rusiya ilə daha əvvəl də Liviyada atəşkəsin əldə edilməsi üçün birgə çalışmışıq. Bununla bağlı çalışmağa davam edirik. Rusiya ilə təməl prinsiplər mövzusunda heç bir fikir ayrılığımız yoxdur. Ancaq atəşkəsin daimi olması və bundan sonrası üçün danışıqları texniki səviyyədə davam etdirməyin daha faydalı olacağına qərar verdik. Masada problem yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun iyunun 14-də planlaşdırılan Türkiyə səfəri təxirə salınıb.