Bakıda “I Beynəlxalq Uşaq və Yeniyetmə Psixiatriya” Konqresi baş tutub.
Azadmedia.az xəbər verir ki, 12-13 mart 2022-ci il tarixlərində Bakı, Hyatt Regency-də “I Beynəlxalq Uşaq və Yeniyetmə Psixiatriya” Konqresi keçirilib.
Konqresdə dünyanın müxtəlif ölkələrindən mütəxəssislər online olaraq iştirak ediblər. Eyni zamanda qardaş Türkiyədən, həmçinin yerli mütəxəssislər çıxışçılar arasında yer alıb. İştirakçılar arasında – Azərbaycan Psixiatriya Assosasiyasının prezidenti Prof. Dr. Nadir İsmayılov, Prof. Dr. Fuad İsmayilov, Marmara Universitetinin Uşaq Psixiatriya bölüm başqanı Prof. Dr.Ayşe Rodopman Arman, Prof. Dr. Yanki Yazgan, Prof. Dr. Aytən Məmmədbəyli, Doç. Dr. Hakan Balıbey, Psixiatr Azər Bağırov, Pediatr. Dr. Aytən Ziyadova, Psixiatr İkram Rüstəmov ilə yanaşı bir sıra psixiatr, nevroloq, pediatr, neonotoloq, endokrinoloq, qastroenteroloq və ortoped-travmatoloqlar iştirak ediblər.
Belə ki, Konqresin açılış çıxışçıları Prof. Dr. Nadir İsmayılov, Prof. Dr. Fuad İsmayilov, Psixiatr Azər Bağırov, Psixiatr İkram Rüstəmov olub. Çıxışçılar Konqresin əsas məqsəd və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib, Konqresin işinə uğurlar arzu ediblər.
Konqresin keçirilməsinin əsas məqsədi uşaqların, yeniyetmələrin yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması, autizmin erkən yaşdakı əlamətləri və erkən diaqnostikası, autizm ilə birlikdə görülən nevroloji xəstəliklərə yanaşmanı yerli mütəxəssislərin iştirakı ilə müzakirə etmək və tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək verməkdən ibarət olub.
Nəzərinizə çatdıraq ki, Konqres Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən 10 DTT kredit balı alıb.
Təşkilati dəstək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəszi, Balans Psixologiya və Nitq İnkişafı Mərkəzi, sponsor Nobel İlaç Sanayi və Ticarət şirkəti, Koordinatorlar – Pediatr Aytən Ziyadova və Psixiatr Azər Bağırov olub. Psixiatr Azər Bağırov ilə Müsahibəni təqdim edirik:
Pediatr Aytən Ziyadova ilə Müsahibəni təqdim edirik:
Qeyd edək ki, Konqresin sonunda iştirakçılara 10 DTT kredit balı və Sertifikat verilib, həmçinin konqresin işi iki gün 12-13 mart tarixlərində, saat 10:00-dan – 18:00-dək davam edib.